Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
11:03
MTRŞ sədri 102 MHz tezliyi ilə bağlı münasibət bildirib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin ləğv olunmasına münasibət bildirib.

N.Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, müsabiqənin ləğv olunmasının səbəbi sənədlərini təqdim edən 5 hüquqi şəxsdən üçünün iddiasını geri götürməsi ilə əlaqədardır:

"Bilirsiniz ki, 3 iddiaçı iddialarını geri götürdü və 2 iddiaçı qaldı. Belə olduğu təqdirdə qanun müsabiqənin keçirilməsinə icazə vermir. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən, Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib. Əgər gələcəkdə ehtiyac olarsa, Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə yenidən elan ediləcək".

Qeyd edək ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixindən 12 dekabr 2019-cu il tarixinədək elan edilmiş müsabiqənin nəticələri ləğv edilib. Müsabiqə üçün sənədlərini Şuraya 5 iddiaçı - “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “TV-Media Azerbaijan” MMC; “Balans Studiyası” MMC; “İNS ÇM” MMC; “OMD Azerbaijan” MMC təqdim etmişdi. Sonradan üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. (report)

Məqalədə : MTRŞ 102 MHz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
265

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
470

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
459
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 16:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru