Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
14:15
Xaricdəki Azərbaycan vətəndaşlarının hərbi uçotu aparılacaq

Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən, Azərbaycan Respublikasının konsulluqları (yəni, səfirliyin konsulluq şöbəsi, baş konsulluq, konsulluq, vitse-konsulluq və konsulluq agentliyi) xarici ölkələrdə konsulluq dairəsində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə aparılır.

Üç aydan artıq xarici ölkədə yaşayan (müvəqqəti yaşayan) Azərbaycan Respublikasının vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar. Uçot zamanı uçot vərəqəsi doldurulur və xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti əlavə olunur. Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə müvəqqəti yaşayış müddətinin bitməsi ilə əlaqədar xarici ölkəni tərk etdiyi tarixdən sonra onun uçot vərəqəsi 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.

Dəyişikliyə əsasən, xarici ölkələrdə daimi yaşayan Azərbaycan vətəndaşları ilə bərabər artıq xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının da uçot vərəqəsində hərbi vəzifəsi qeyd ediləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”nda dəyişiklik “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli qanuna müvafiq olaraq edilib. Qanuna əsasən, konsul xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hərbi uçotunu aparmalı, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasında daimi yaşayış yerlərindəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməsini təmin etməlidir.

Məqalədə : hərbi qeydiyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
115

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
110

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
218

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
211

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
217

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
337

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
232
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 18:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru