Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2020
16:42
MTRŞ 102 MHz tezliyilə bağlı müsabiqəni ləğv edib

İclasda Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunmuşdur.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim etmişdir: 1.“Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2.“TV-Media Azerbaijan” MMC; 3.“Balans Studiyası” MMC; 4.“İNS ÇM” MMC; 5.“OMD Azerbaijan” MMC.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul etmişdir.

Qeyd edək ki, vaxtilə bu tezlikdə ANS ÇM radisou yayımlanırdı.

Məqalədə : MTRŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
211

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
316

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 20:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru