Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2020
12:50
Azərbaycan və İran arasında magistral yol çəkilişinə başlanıb

Azərbaycan Astarası və İran Astarası arasında magistral yolun çəkilməsinə başlanılıb.

FaktXəbər-in verdiyi məlumata görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi deyib. Xademi bu yolun uzunluğunun təxminən 1,3 min metr olduğunu bildirib.

O, əlavə edib ki, İran və Azərbaycan arasında məhsul tranziti və vətəndaşların daşınması əsas məqsədlərdən biridir. Bununla əlaqədar şəhərdən kənarda yeni sərhəd terminalı inşa olunub.

Rəşt-Astara dəmiryolu ilə bağlı son vəziyyətə də aydınlıq gətirən nazir müavini deyib ki, dəmiryolu bəzi yerlərdə əkin ərazilərindən keçdiyi üçün həmin ərazilər təsərrüfatçılardan satın alınmalıdır.

X.Xademi bildirib ki, ilkin dəyərləndirmədə bunun üçün 60-70 trilyon rial (təxminən 1,42-1,66 milyard dollar) vəsait nəzərdə tutulmuşdu. Həmin vəsaitin 1-2 il ərzində təmin olunmasının mümkün olmadığı üçün illik büdcədən əlavə, digər vəsaitlər də nəzərdə tutulub ki, işlər sürətlə irəliləsin.

Qeyd edək ki, Şimal-Cənub Dəhlizində sadəcə İranda Rəşt-Astara dəmiryolu inşa edilməyib. 163 kilometrlik dəmiryolu inşa edildiyi halda, Hindistanın Dehli limanından Finlandiyanın Helsinki limanınadək yük tranzit olunacaq. İran rəsmiləri bu dəmiryolunun istismara verilməsi ilə İranın məhsul tranzitinin 50 milyon tona çatacağını bildirirlər.

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru