Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2020
11:17
Yol polisindən xəbərdarlıq

Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib.

FaktXəbər-in BDYPİ-nin şöbə rəisi Rüfət Quliyeva istinadən bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.”

Polis polkovnik-leytenantı qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artması səbəbindən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:

"Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirilməsi yolverilməzdir".

Sonda şöbə rəisi əlavə edib: "Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur".

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru