Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2020
09:48
Tramp İraqı təhdid etdi

ABŞ Prezidenti Donald Tramp İraq parlamentinin ölkədən xarici qoşunların çıxarılması haqqında qərarını şərh edərkən bildirib: “Əgər hansısa düşmənçilik olsa, əgər onlar bunu etsə, biz İraqa qarşı sanksiyalar tətbiq edəcəyik. Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəməyincə, getməyəcəyik.

Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər. Bununla müqayisədə İrana qarşı sanksiyalar darıxdırıcı görünəcək”.

Qeyd edək ki, İraq parlamenti xarici qoşunların ölkədən çıxarılmasına səs verib

İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib.

Qeyd edilir ki, ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib. 

Deputatlar parlamentin fövqəladə iclasında qəbul edilmiş qətnamədə hökumət qarşısında respublikada xarici qüvvələrin hərbi mövcudluğuna son qoymağa və beynəlxalq terrorçuluğa qarşı koalisiya qüvvələri ilə təhlükəsizlik sahəsində bağlanmış razılaşma çərçivəsində işi dayandırmaq barədə öhdəlik qaldırıblar. 

Məqalədə : Donald Tramp İraq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
271

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
391
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 22:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru