Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2019
16:15
Bu il MTRŞ tərəfindən 6000 manatlıq cərimə tətbiq edilib

Bu il MTRŞ tərəfindən 6000 manatlıq cərimə tətbiq edilib

Milli Televiziya və Radio Şurası tərəfindən bu il tətbiq edilən inzibati tənbeh tədbirinin miqdarı açıqlanıb.

Şuranın 2019-cu il üzrə hesabatında qeyd edilib ki, aparılmış monitorinqlər zamanı "Space" TV kanalının efirində 04 aprel 2019-cu il tarixdə saat 08:00-11:00 arası yayımlanan “Hər Səhər” proqramında  “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 3.7-ci bəndinin (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) tələbinin pozulduğu müəyyən edilib. 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC barəsində 6000 (altı min) manat cərimə cəzası tətbiq edilib. 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) illik hesabatında qeyd edilib ki, aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların dərhal aşkarlanmasına, görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq günlük və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilib.

“Ümumrespublika televiziya yayımçılarının illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan TV (AzTV), Mədəniyyət TV, İdman TV-nin  proqram səbətində xüsusilə maarifləndirici verilişlər, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan verilişlər müxtəlif tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadır. Bu qəbildən olan verilişlərə AzTV-də “Kitab klubu, “Milli istehsal”, “Sağlam ol”, “Uğur düsturu”, “Texnoxəbər”, “Tarixin izi ilə”, “Məmləkətim”, “Təhsil üçbucağı, “Nəsillərin debatı”, “əsas məsələ”, “Rakurs”, “Gəncsən”, “Gənclik stansiyası”, “Vətənə xidmət” və s.; Mədəniyyət TV-də “Azərbaycan dili”, “Bizi birləşdirən mədəniyyət”, “Məclisi-üns”, “İrfan səması”, “Şirin yuxular”, “Torpağın sirri”; İdman TV-də “Şahmat klubu”, “Telefitnes”, “Flaqman”, “İdman sağlamlığın rəhnidir” və s. nümunə göstərmək olar.

Büdcədən maliyyələşən ictimai kanal olan İTV-nin də proqram səbəti zəngindir. Belə ki, burada maarifləndirici, milli dəyərləri təbliğ edən layihələrə, müzakirə proqramlarına, dünya mədəniyyəti və incəsənətinin nümunələrinə, idmana geniş yer verilir. Bu səpkidən olan verilişlərə “Nə? Harada? Nə vaxt?", “Sabaha saxlamayaq”, “#İTV tech”, “Bir mahnının tarixçəsi”, “Radius”, “Diqqət mərkəzi”, “MAG”, “Dikdaban”, “3D”, “Fatehin divanı”, “Ötən günlər” və s. misal ola bilər. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə kanalın proqram səbətində maarifləndirici layihələrin həm sayında, həm də keyfiyyətində artım müşahidə olunur.

Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi nöqsanlar diqqəti cəlb edib. Belə ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı dövlət büdcəsindən maliyyələşən yayımçıların Qanunun bu tələbinə riayət etmədikləri müşahidə edilir. Həmçinin “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə də, dövlət və ictimai yayımçıların əməl etməməsi diqqəti cəlb edir. Qeyd olunan nöqsanlar Şura iclaslarında müzakirə olunmuş, həmin yayımçılara qanunvericiliyin bu müddəalarına əməl olunmasına ciddi nəzarət etmələri istiqamətində irad və tövsiyələr bildirilmişdir”, - deyə hesabatda qeyd olunub.

Məqalədə : MTRŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
144

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
155

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
200

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
306

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
291
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 19:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru