Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
14:02
Sabah bəzi rayonlarda yağış yağacaq

Dekabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə daxil olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə : hava yağış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
238

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
244

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
379

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
293

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
309

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
342

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
360

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
391
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 08:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru