Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2019
09:49
DİM: Dövlət qulluğuna imtahan verən 838 nəfər müvəffəqiyyət qazanıb

İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 22-də keçirilən imtahanda iştirak edən ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir

İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 450 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 69 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 21 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 323 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 58 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 58 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 13 nəfər uğur əldə etdib.

Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 838 nəfər (37.0%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. 

Müsahibə elanları mütəmadi olaraq DİM-in saytında yerləşdirilir.

Məqalədə : DİM Dövlət qulluğu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
46

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
130

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
475

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
382
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 13:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru