Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2019
09:36
Bakı avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq

Bakı avtovağzalı bu tarixə kimi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və yanvarın 5-nə qədər davam edəcək.

FaktXəbər-in bildirdiyinə görə, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. Onun sözlərinə görə, digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub:

"Ötən ilin statistikasına görə ən çox sərnişin sıxlığı 28,29,30 dekabr tarixlərinə təsadüf edib.

Sərnişinlərə yarana biləcək sıxlığı nəzərə alaraq biletləri bir neçə gün öncədən əldə etmələri tövsiyyə olunur.

Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür".

Sərnişinlər yarana biləcək hər hansı sual, sorğu və ya şikayətlə bağlı (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” nə zəng edə, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə və ya [email protected] e-mail ünvanına yazıb müraciət edə bilərlər.

Xatırladaq ki, “Məlumat Mərkəzi” həftənin 7 (yeddi) günü səhər saat 07:00-dan 00:30-a kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.

Məqalədə : Avtovağzal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru