Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2019
16:06
Şəkidə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərən, fiziki şəxs Rəsulov İntiqam Sabir oğluna məxsus şirniyyat istehsalı sexində yoxlama keçiriblər.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri, eləcə də sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Belə ki, orqanoleptik baxış zamanı müəssisədə çürümüş, qaralmış, üyüdülmüş və yarı qırılmış istehlaka yararsız fındıq ləpəsi aşkar edilib. Bundan başqa, xammal kimi istifadə olunan düyü unu, şəkər tozu, ləpə və sair məhsulların birbaşa döşəmə üzərində saxlanıldığı məlum olub.

Yoxlama zamanı müəyyən edilib ki, sexdə istehsal texnoloji prosesə uyğun aparılmır. Belə ki, xammal və köməkçi materiallar, hazır məhsulların saxlanması, istehsal prosesi eyni bölmədə həyata keçirilir. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Məqalədə : şirniyyat sexi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
291

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
330

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
347

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
268
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 09:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru