Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2019
17:05
Yeni qatarları `Metrovaqonmaş-Servis` təmir edəcək

"Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi "Bakı Metropoliteni" QSC-nin 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarına planlı qaldırma təmiri xidmətini göstərəcək. Bununla əlaqədar iki müəssisə arasında müvafiq müqavilə imzalanıb.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, hər hərəkət tərkibi 5 vaqondan ibarət olmaqla, ümumilikdə 15 vaqondan ibarət 81-760.B/761.B/763.B tipli üç hərəkət tərkibi "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə 2015-ci ildə "Metrovaqonmaş" Səhmdar Cəmiyyətində istehsal olunub.

Texniki-istismar qaydalarına uyğun olaraq, bu qatarlar müəyyən məsafə qət etdikdən sonra deponun 3 saylı cari təmir sahəsində planlı qaldırma təmirinə dayandırılmalıdır. Mövcud gündəlik qaçış məsafəsi əsasında hesablamalar göstərir ki, 81-760.B/761.B/763.B tipli qatarların təmir müddəti 2020-ci ildə yetişəcək.

Bu səbəbdən nəzərdə tutulmuş təmir işləri Bakı Metropoliteninin "Nərimanov" elektrik deposunda aparılacaq.

Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə və iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də görülən işlərin yekununda sınaqları daxildir.

Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji proseslərin, sazlama işlərinin yerinə yetirilməsini təmin edəcək. Ən əsası, müqavilə müasir tipli vaqonların təmir edilməsini müstəqil şəkildə həyata keçirəcək yerli kadrların hazırlanmasını nəzərdə tutur. Tədris prosesinə vaqonlara keyfiyyətli müvafiq xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.

Məqalədə : Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
548

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru