Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2019
16:35
Əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir

“Azərbaycanda tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.

Onun sözlərinə görə, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır. Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər: “Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".

Menecer vurğulayıb ki, Azərbaycanda əhalinin 90 faizi fiziki aktiv sayılmır. Sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 55-56 faizində artıq çəki olduğunu deyən İ. Rakovac bildirib ki, bu göstərici qadınlarda kişilərə nisbətən daha yüksəkdir: "Bu göstərici 2011-ci illə müqayisədə yüksəlib. Təbii ki, növbəti illərdə bunun böyük nəticələri olacaq. Əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir. Bu göstərici 2011-ci illə müqayisədə aşağı düşüb və digər ölkələrdən aşağıdır. Bu hal da sevindiricidir".(APA)

Məqalədə : yüksək qan təzyiqi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5868

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4784

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6366

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6392

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8516

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6091
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 21:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru