Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
12:26
Facebook işçilərinin maaşları barədə məlumat olan disk oğurlanıb

Naməlum şəxslər Facebook-un 29 min əməkdaşının əməkhaqqı məlumatları olan bir neçə sərt diski oğurlayıb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Media qurumunun jurnalisti kompaniyanın rəhbərliyi tərəfindən əməkdaşlara göndərilən məktubla tanış olub. Məktubda bildirilir ki, hadisə 17 noyabr tarixində baş verib, amma hadisənin başvermə yeri barədə məlumat yoxdur. Cinayətkarlar sərt diskləri Facebook əməkdaşının avtomobilindən oğurlayıblar. Qeyd edilir ki, disklərdə 2018-ci ildə şirkətdə işləyən 29 min nəfərin siyahısı və onların nə qədər əməkhaqqı alması barədə məlumatlar olub. Bundan əlavə, disklərdə onların bank hesabları, sosial sığorta kartlarının son 4 rəqəmi də olub.

Agentlik bildirir ki, məlumatlar şifrəli olmayıb. Facebook-dan bildirilib ki, hələlik oğurlanan məlumatların haradasa istifadəsi barədə informasiya yoxdur. 

Hadisədən sonra Facebook əməkdaşlarına içərisində məlumat olan sərt disklərin ofisdən çıxarılması qadağan edilib. 

Məqalədə : Facebook 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
560

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
582

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
723
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 09:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru