Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
16:42
MSK parlament seçkilərinə qatılan 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün üç partiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-nın bu gün keçirilən iclasında növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb.

Beləliklə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
600

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
802

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
629
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 22:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru