Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
22:47
“ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

Bu il “ASAN Xidmət” mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb.

FaktXəbər "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, 2019-cu il ərzində “ASAN Xidmət” mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə 53 milyon manat vəsait ödənilib:

"Artıq 2019-cu ili yekunlaşdırırıq. İlin sonuna qədər tamamilə ödəniləcək".

Ü.Mehdiyev xatırladıb ki, “ASAN Xidmət” fəaliyyət göstərdiyi müddət ərzində ona xərclənən vəsaiti artıq dövlətə qaytara bilib:

"Bu da “ASAN Xidmət” modelinin maliyyə cəhətdən uğurlu olmasının göstəricisidir. Bu illər ərzində “ASAN Xidmət"lərin fəaliyyətinə və saxlanılmasına 132 milyon manat vəsait ayrılıb, 135 milyon manat vəsait isə “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə qaytarılıb".

Məqalədə : ASAN Xidmət Ülvi Mehdiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru