Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
13:16
DİN-dən Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi məsələsinə RƏSMİ REAKSİYA

Daxili İşlər Nazirliyi Azərbaycanda iki azyaşlı uşağın valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edərək, mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib:

“Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb. Hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrindən aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib”.

“Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”, - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb.

Məqalədə : ögey ana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Almaniyada atışma baş verib

24

Yanvar
17:58
DÜNYA
262

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24

Yanvar
17:14
HÜQUQ,HADİSƏ
294

Azərbaycan Texniki Universitetində yeni təyinat

24

Yanvar
16:18
ELM / TƏHSİL
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 06:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru