Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
13:03
Təhsil naziri əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Qeyd edək ki, əmr imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi daşıyır.

Məqalədə : Təhsil naziri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
202

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
187

Xarici valyutaların manata qarşı məzənnələri

29

Yanvar
09:10
İQTİSADİYYAT
266

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
334

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
526

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
375

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
493
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 10:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru