Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
12:12
Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Müdafiə nazirinə məruzə edilib ki, istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaqdır.

Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, hərbi qulluqçular üçün xidməti mənzillər, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda burada hərbi polisin xidməti fəaliyyətinin təşkili üçün otaqlar, müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, hamam-camaşırxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.

Hərbi obyektlərdə aparılan tikinti işlərinin gedişini yoxlayan Müdafiə naziri bu işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Məqalədə : Cəbhəboyu Zakir Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
85

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
95

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
231

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
255
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru