
Azərbaycanda şişirdilmiş məlumatlar əsasında kredit alıb qaytarmayan vəzifəli şəxsin əmlakına həbs qoyulub.
FaktXəbər bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin bununla bağlı yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin inkişaf etdirilməsinə dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühitinin daha da güclənməsinə böyük təkan verib.
Bununla yanaşı, bəzi sahibkarlıq subyektləri tərəfindən dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan korrupsiya və rüşvətxorluq hallarına yol verilməsinə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə “UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədovun öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə həmin cəmiyyətin baş mühasibi Rauf Xəlilov ilə qabaqcadan əlbir olub MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil etdiyi kredit sifarişini öz imzası və cəmiyyətin möhürü ilə təsdiq edib 2013-cü ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin “Muğan” filialına təqdim edərək bankla aralarında bağlanmış kredit müqaviləsi əsasında 447 min manat məbləğində kredit vəsaitini götürüb “Texnikabank” ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almasına, həmin kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək “Texnikabank” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.
R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Azərbaycan Respublikasının Prokurorluğu bu kateqoriyadan olan cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verəcək neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsini təmin edəcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
12-06-2020 16:08 Baş Prokurorluğa yeni mətbuat xidməti təyin olundu
10-06-2020 17:55 Baş Prokurorluğun sabiq əməkdaşı həbs olundu
04-06-2020 16:59 "Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb
02-06-2020 15:28 Korrupsiyaya yol vermiş orta məktəb direktoru barəsində cinayət işi başlanıb
- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı