Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2019
15:48
Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Hacıqabulda mikroavtobusdan oğurluq olub.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, 16 noyabrda Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in “102 Zəng Mərkəzi” Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə : qızıl oğurluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5888

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4799

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6381

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6402

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8546

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6111
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 22:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru