Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2019
16:36
Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxılıb

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün cəzası başa çatmış hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hökmlə həmçinin V.Mahmudova məxsus əmlaklar müsadirə olunacaq.

*** 13:33

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Dövlət Təhülkəsizliyi Xidmətnin (DTX) təqsirləndirilən şəxsə qaldırmış mülki iddianı geri çəkdiyi və hər hansı tələbinin olmadığı elan edilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror Vüqar Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vüqar Mahmudov son söz deməkdən imtina edib.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çıxıb. Hökm saat 16:00-da elan ediləcək.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.(Report)

Məqalədə : Eldar Mahmudov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
587

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
463

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
486

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
747

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
537
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 09:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru