Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Nəsimi ili ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb".
Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir: "Harada hansı ağacların əkilməsi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Bu da ölkəmizin gözəlləşməsinə xidmət edəcək".
Nazir müavini bildirib ki, xəritədə yer alan ərazilərdə Nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək: "Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük veriləcək və bir gündə 650 min ağac əkiləcək. Eyni zamanda Suraxanı rayonu, keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahə Nazirlik tərəfindən təmizlənir və orada da ağac əkilməsi nəzərdə tutulub".
F.Əliyev vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək. “Bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa, bir o qədər ağacların bitiş faizi yüksək olar. Ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcək. Artıq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.

İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
12
Dekabr
"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12
Dekabr
Gürcüstan parlamentində evakuasiya: müxalifətçi deputat "şübhəli maye" səpib - FOTO
12
Dekabr
Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib
12
Dekabr
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıblar - SİYAHI
12
Dekabr- 12-12-2019 18:40 102,0 FM tezliyi üzrə sənəd qəbulu başa çatıb
- 12-12-2019 18:23 Yol polisi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib
- 12-12-2019 12:39 DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
- 12-12-2019 12:35 Sabahın hava proqnozu açıqlanıb
- 12-12-2019 12:10 Zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı
- 11-12-2019 18:48 Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb
- 11-12-2019 16:34 Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək
- 11-12-2019 16:33 Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
- 11-12-2019 15:41 Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb
- 11-12-2019 13:16 "EuroHome"dakı sahibkarlara kompensasiya veriləcəkmi? - RƏSMİ AÇIQLAMA
- 11-12-2019 13:03 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı növbəti məlumat yayıb
- 11-12-2019 12:53 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
- 11-12-2019 12:31 Sabah Azərbaycanda hava yağmursuz olacaq
- 11-12-2019 12:21 DYP-dən həyacan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
- 11-12-2019 12:18 Paytaxtın bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ
- 11-12-2019 11:48 "EuroHome"dakı sahibkarlar Bakı-Sumqayıt yolunu bağladılar - VİDEO
- 11-12-2019 10:58 Bülletenlərin DSK-lara paylanmasına başlanıb
- 10-12-2019 17:01 Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
- 10-12-2019 15:06 İordaniya Kralı Azərbaycana rəsmi səfərə gəlib
- 10-12-2019 14:51 Elmira Süleymanovaya yeni vəzifə verilib
- 10-12-2019 14:17 Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
- 10-12-2019 13:09 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir
- 10-12-2019 13:04 Sabahın hava proqnozu açıqlanıb
- 10-12-2019 12:32 Dövlət Komitəsi: Əbu Bəkr məscidi yenidən açılacaq
- 10-12-2019 10:35 DSX hava limanında 2 elektron qapı quraşdırıb