Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
14:39
Bakıda 2 marşrut xəttinə iritutumlu avtobuslar verildi - FOTO

Bakıda iki marşrut xəttinə yeni avtobuslar verilib.

Bu barədə FaktXəbər-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəz olunub: "Belə ki, hər iki marşrut xətti üzrə istismarda olan avtobusların texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi, eləcə də, digər çatışmazlıqlar daim sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Ötən dövrdə bununla əlaqədar, vətəndaşlar tərəfindən 141 Çağrı Mərkəzinə də çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi, eyni zamanda, buna mane olan halların qısa vaxtda aradan qaldırılması ilə bağlı hər iki xətt üzrə daşıyıcıya ciddi xəbərdarlıq edilib. Bildirilib ki, yenilənmə işləri mütləq qaydada davam etdirilməli, sərnişindaşıma fəaliyyətləri Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərə tam uyğunlaşdırılmalıdır".

Məqalədə : avtobus nəqliyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
240

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
224

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
280

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
452
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 04:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru