Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
11:25
Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən prosesdə iş üzrə maraqlı şəxslər Akif Çovdarovun ailə üzvləri yeni vəkil Nəriman Əliyevlə müqavilə bağlayıb.

İşə qoşulan vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 28-ə qədər təxirə salınıb.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.

Məqalədə : Akif Çovdarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
351

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
638
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 09:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru