
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Earle D. Litzenbergeri qəbul edib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.
QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə verdiyi önəm və töhfələrdən söhbət açıb. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitində ABŞ-dan təşrif buyurmuş geniş nümayəndə heyətinin çoxkonfessiyalı tərkibinin fəal iştirakından məmnun qaldığını bildirən QMİ sədri Zirvə görüşünün doğurduğu beynəlxalq rezonans barədə məlumat verib. O bildirib ki, Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı vardır və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirib.
Şeyxülislam xüsusi vurğulayıb ki, dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirməsi böyük dəyər kəsb edir. QMİ sədri Sammitdə nifrət çağırışlarına qarşı, dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksinin tapmasını müsbət dəyərləndirdiyini bildirib.
Qəbula görə təşəkkürünü bildirən, görüşdən məmnun olduğunu qeyd edən səfir anadan olmasının 70 illik yubileyi münasibətilə Şeyxülislamı təbrik edərək xoş arzularını ifadə edib. QMİ sədrinin dinlərarası əməkdaşlıq işinə verdiyi töhfələri qeyd edən səfir Şeyxülislamın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə səylərini xüsusi vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini Şeyxülislamın diqqətinə çatdırıb. Erməni dini lideri ilə təmasların davamlı olmasının əhəmiyyətini qeyd edən amerikalı səfir belə görüşlərin, müxtəlif səviyyədə cəmiyyət nümayəndələrinin – jurnalistlərin, dini icma nümayəndələrinin, qadın fəalların qarşılıqlı səfər və müzakirələrinin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirib.
Şeyxülislam A. Paşazadə, öz tərəfindən, 1988-ci ildən bəri vasitəçilər tərəfindən erməni dini liderləri ilə keçirdiyi çoxsaylı görüşlər, o cümlədən MDB Dinlərarası Şurasının həmsədri kimi İrəvana səfəri, erməni katalikosunu I Bakı Sammiti çərçivəsində Bakıya dəvət etməsi barədə danışıb. QMİ sədri bu görüşlər zamanı əldə olunmuş razılaşmalara erməni tərəfinin davamlı şəkildə əməl etməməsindən narazı qaldığını bildirib, lakin ümumən dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirib. A. Paşazadə həqiqətə, ədalətə istinad etmə şərti ilə belə görüşlərə ümidlə baxdığını xüsusi vurğulayıb.
Şeyxülislam xüsusi vurğulayıb ki, narahat dünyada mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər arasında həmrəylik və əməkdaşlıq sayəsində xilas ola bilər. QMİ nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi məhz bu məramlara xidmət edir.
Səfir öz növbəsində, dünyada gedən proseslər fonunda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib