Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2019
14:50
Azər bəy emosional davranıb - Natiq Cəfərli

“Nə İlqar Məmmədov avtoritarlaşa bilər, nə buna imkan yaradılar”.

Bu fikirləri ReAl Partiyasının icra katibi Natiq Cəfərli söyləyib. O partiyanı tərk edən Azər Qasımlının İlqar Məmmədov haqqında səsləndirdiyi avtoritarlaşma iddialarına münasibət bildirib:

“ReAl Partiyasında həmişə demokratitk mühit olub. İdarə heyətinin üzvləri, Məclis sədri və digər şəxslər həmişə tənqdilərə açıq olublar. Daxili demokratiya bundan sonra da üst səviyyədə olacaq. İlqar Məmmədovun yeni modelə keçidlə bağlı təklifi reallaşdırıldıqdan sonra sədrin səlahiyyətləri azalacaq. ReAl-a toplaşan insanlar şəxsi uğur qazanmış şəxslərdir, onlar tək adam partiyası istəsydilər, ReAl-ın yaradılmasının əhəmiyyəti olmazdı.

Azər bəyin bir qədər emosional davrandığını düşünürəm. Yeni təkliflərə uyğun olaraq, Məclisin hələlik ləğv olunmasını, yeni strukturun yaradılmasını bəzi məqamlarda şəxsi qəbul etdiyini düşünürəm. Bu normaldır. Hər kəsin şəxsi fikri var. Amma İlqar Məmmədovu avtoritarizmdə ittiham etmək yersizdir. Çünki ReAl-da bu mümkün deyil. Heç kim partiya daxilində avtoritarizmi reallaşdıra bilməz”.

N.Cəfərli xatırladıb ki, İlqar Məmmədov həbsdə olarkən, dəfələrlə partiya Məclisinə təkliflər göndərib. İcra katibi, partiyanın idarə heyətinin səsvermə keçirib, bəzi təklifləri qəbul etmədiyini vurğulayıb:

“Azərbaycan reallığında bunu edə biləcək ikinci partiya yoxdur və ola da bilməz. Beləlikələ, nə İlqar Məmmədov avtoritaritarlaşa bilər, nə buna imkan yaradılar. Əksinə yeni struktur daha effektiv idarəetməyə, seçkiyə hesablanmış şəkildə qurulacaq. Sədrin hesabatlı olmasını təmin edəcək. Qurultaydan sonra İlqar Məmmədovun səlahiyyətləri xeyli azalacaq”.

N.Cəfərli qurultaydan sonra Azər Qasımlının yenidən partiyaya dəvət edilib-edilməyəcəyi haqqında sualımıza isə belə cavab verib:

“Biz Azər bəyi bu gün də dəvət etdik. Son toplantıda dəfələrlə İlqar bəy də, mən də təklif etdik. Emosional vəziyyəti keçdikdən sonra, daha rasional düşüncəyə qayıtdıqda, yenidən Azər bəyi aramızda görməyə şad olarıq. O, dostumdur, harada olmasından asılı olmayaraq, yaxşı münasibətlərimiz qalacaq.  Azər bəyə gələcək işlərində uğurlar arzu edirəm. Amma düşünürəm ki, bir müddət sonra onu yenidən aramızda görə biləcəyik”.

Qeyd edək ki, ReAl Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb. O, İlqar Məmmədovun təklif etdiyi yeni idarəçilik layihəsi ilə razılaşmır. A. Qasımlı bildirib ki, yeni təkliflər təşkilatı məhv edəcək, partiyanı Kommunist partiyasına çevirəcək. (modern.az)

Məqalədə : Azər Qasımlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
339

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
549

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 05:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru