
Hazırda Həcc ziyarəti mövsümü olmasa da, Azərbaycandan müqəddəs torpaqları ziyarət etmək çox baha başa gəlir. Hacı olmaq istəyənlər bu yola çıxarkən uzun bir məsafə qət etməli olurlar. Ona görə də tarixən Həcc ziyarəti uzun və məşəqqətli yolçuluq hesab edilib.
Günümüzün reallığında isə hava yolu vasitəsilə Həcc ziyarətini gerçəkləşdirmək o qədər də məşəqqətli deyil. Daha məşəqqətli olan məsələ Azərbaycanda bir zəvvarın ziyarəti üçün maliyyənin çox yüksək (7250 manat) olması ilə bağlıdır. Halbuki, qonşu Türkiyə, Rusiya və Gürcüstanda ayrılmış kvotanın qiyməti ölkəmizlə müqayisədə xeyli ucuzdur.
Məsələnin maraqlı tərəflərindən biri də Gürcüstanda həyata keçirilən Həcc ziyarətləri ilə bağlıdır.
Gürcüstanda yaşayan azərbaycanlılar Həcc ziyarəti etmək üçün hara müraciət edirlər?
Eyni zamanda, Gürcüstandan ziyarətə getməyin ucuzluğuna görə, azərbaycanlı zəvvarlar arasında müraciət edənlər olurmu?
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mövzu ilə bağlı bildirib ki, Gürcüstandan Həcc ziyarətinə getmək indi çox asanlaşıb:
“2010-2011-ci illərə qədər Gürcüstanda yaşayan müsəlmanlar Qafqaz Müsəlmanları İdarəsinin xətti vasitəsilə ayrılmış kvota ilə Həcc ziyarətinə gedirdilər. Ancaq 2011-ci ildən bu yana Gürcüstanda yaşayan müsəlımanlar üçün Səudiyyə Ərəbistanından xüsusi kvota ayrıldı. Daha sonra Gürcüstanın Səudiyyə Ərəbistanında səfiliyi açıldı. Səudiyyə Ərəbistanının Gürcüstanda konsulluğu fəaliyyətə başlayıb. İndi çox asanlıqla viza almaq da olur”.
Şeyxin sözlərinə görə, buradan Həcc ziyarətinə gedənlərin sayı o qədər də çox olmur:
“Gürcüstanda yarım milyon müsəlman yaşayır. Onlar bizə 500 nəfər kvota ayırmışdılar. Ancaq əslən Gürcüstandan olan azərbaycanlıların çoxu burada deyil. Ona görə də bir hissəsi Rusiya xətti, digər hissəsi isə Azərbaycan xətti ilə getdiklərinə görə buradan Həcc ziyarətinə gedənlərin sayı 50 nəfəri aşmır. 2018-ci ildə Gürcüstandan 34 nəfər Həcc ziyarətinə gedib. Onu da deyim ki, 33-34 nəfərdən artıq Həcc ziyarətinə gedən olmur”.
Hacı Ramin İgidov qeyd edib ki, Azərbaycanda yaşayan azərbaycanlılar arasında da müraciətlər olur:
“Gürcüstandan Həcc ziyarətinə gediş ancaq təyyarə ilə mümkündür. Qiymətlər 3500 dollara (5950 manat - red.) olub. Axırıncı Həcc ziyarəti zamanı gedən hacılarımız 22 gün qaldılar. 22 gün ərzində bütün xərclər həmin qiymətə daxil idi. Bəzi hallarda Gürcüstandan Həcc ziyarətinə getmək üçün Azərbaycandan bizə müraciət edənlər olur. Ancaq bu müraciətlər cavabsız qalıb. Yalnız Gürcüstanda müvəqqəti yaşama izni olanlar, ya da iş adamlarına icazə verə bilərik. Elə olmadığı təqdirdə başqa ölkənin vətəndaşlarını Həcc ziyarətinə apara bilmirik. Yalnız 5-10 nəfər xarici vətəndaşa icazə verilir. Daha artığına icazə yoxdur”. (modern.az)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
03-06-2020 12:13 Azərbaycandan bu il Həcc ziyarəti olacaqmı?
26-05-2020 12:49 Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
27-02-2020 08:55 Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişi dayandırır
17-02-2020 12:50 Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib
- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür