Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2019
12:37
İranın “Mahan Air” aviaşirkətinə İtaliyadan eniş qadağası

İtaliya hökuməti İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarələrin ölkənin hava limanlarına enməsini qadağan edib.

FaktXəbər-in "Mehr" agentliyinə istinadən məlumatına görə qadağa sərnişin təyyarələri ilə yanaşı, yük təyyarələrinə də şamil olunacaq. İtaliya hökumətinin bu qərarı bir sıra şirkətlərin etirazına səbəb olub. Şirkət rəhbərləri hökumətə müraciət edərək bu qadağa nəticəsində onlara dəyən külli miqdarda ziyanın müqabilində kompensasiya ödənilməsini tələb ediblər.

İtaliyanın “La stampo” qəzeti yazır ki, hökumət ABŞ-ın təzyiqlərinə davam gətirə bilməyərək “Mahan Air” şirkətinə məxsus təyyarələrin ölkənin hava limanlarına enməsini qadağan edib. Halbuki bu qadağa İtaliyanın iqtisadiyyatına zərər vurur.

Xatırladaq ki, “Mahan Air”in ABŞ-ın sanksiyalar siyahısına salınmasından sonra Fransa və Almaniya da aviaşirkətin bu ölkələrə uçuşlar həyata keçirməsinin qadağan ediblər.

Məqalədə : İran aviaşirkəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru