
Bu gün - 30 səfər (29 oktyabr) səkkizinci İmam Musa Rzanın (ə) şəhadətidir.
Hər zamankından fərqli olaraq bu dəfə İmamın həyatından deyil, onun məzarının yerləşdiyi Məşhəd ziyarətgahının yaranma tarixindən bəhs etmək istəyirik.
Bu müqəddəs türbə həmişə İran memarlığının diqqətində olub. Ölkə tarixindəki bütün idarəçilər bu ziyarətgaha xidmət ediblər. Dünyanın ən böyük və ən gözəl ziyarətgahlarından biri olan möhtəşəm İmam Rza (ə) ziyarətgahı hazırda hər gün on minlərlə insan tərəfindən ziyarət olunur.
İmam Rzanın (ə) məzarı əvvəllər "Haruniyyə məqbərəsi" kimi tanınan bağda yerləşib. Sonradan "Haruniyyə" adı unudulub və qədim Tus şəhərində yeni ad məşhurlaşmağa başlayıb - "Məşhəd əl-Rza" (Rzanın şəhid edildiyi yer). Bəzi tarixi dövrlərdə abidə xarici işğal və ya yerli müharibələr zamanı ziyan görüb, ya da təbii fəlakətlər səbəbindən zədələnib. Lakin tarixi faktlara görə heç vaxt tamamilə məhv olmayıb.
Tarixçilərin yazdığına görə, məqbərə ilk dəfə Samanilər dövründə təmizlənmiş və bəzədilmişdir. Daha sonra bütün müqəddəs yerlərin və ziyarətgahların bərpası haqqında fərman verən Azad əl-Davla Dilmi, Rəzəvi məqbərəsi üçün möhtəşəm bir ərazi ayırıb, ətrafına yüksək divar və qəsr tikdirib. Əlbəttə ki, bu yenidənqurma işlərindən bu günə qədər heç nə qalmayıb. Rəzəvi türbəsi, o cümlədən Qəznəvilər dövrünə aid "Balasər" məscidi qalan yeganə tikililərdir.
İlk günbəz
Qəznəvilərdən olan Səbuk Təkin Rəzəvi türbəsinin divar və tavanının bir hissəsini dağıdıb və insanlara buranı ziyarət etməyə qadağan edib. Amma ondan sonra gələn digər Qəznəvi padşahları türbəni təmir etdiriblər. "Balasər" məscidi də bu dövrü xatırladır və əlbəttə ki, Rəzəvi türbəsinin ən qədim qalan hissəsidir. Səlcuqlular daha sonra türbəni başqalarından daha çox bəzədiblər və altıncı əsrin əvvəllərində Sultan Səncər Səlcuq əvvəlcə Rəzəvi üçün günbəz hazırladıb. Xarəzmşahlar da ziyarətgahda böyük işlər görüblər. Kaşı və yazılarla bəzədilmiş iki mehrab tikdiriblər. Rəzəvi türbəsi Monqol hücumları zamanı zərər görməyib və türbənin künclərində hələ də o dövrün abidələri var.
Şahrux Mirzə Barlas dövründə bir neçə məktəb, həmçinin "Darul-Siyad" və "Darul-Hafez" eyvanları və əlbəttə ki Gövşarşad məscidi inşa edilib. Ətrafdakı torpaqlar da bu məktəblərin və məscidlərin maliyyələşdirilməsinə verilib.
Qızıl günbəz və minarə
Rəzəvi ziyarətgahının binalarının əksəriyyəti Səfəvi dövründən qalmadır. Şah Təhmasib ilk dəfə olaraq günbəzi və yanındakı minarəni qızılla üzlətdirib. Həm də ilk dəfə olaraq qəbirin üzərinə qızılla bəzədilmiş taxta zərih qoydurub. Şah Abbas hakimiyyətə gəldikdən sonra günbəzi yeniləyib. Ziyarətgah üçün "Darul-Faziz" və "Tauhidhaneh" də daxil olmaqla bir neçə yeni eyvan tikdirib və köhnə həyətin tikintisini başa çatdırıb. Məqbərənin binasını genişləndirib, köhnə məktəb və eyvanları da təmir etdirib. Bundan əlavə, altıncı əsrdən qalan qəbirüstü taxta örtük yeni örtüklə əvəzlənib.
Həmçinin o da məlumdur ki, İmam Rzanı (ə) ziyarət edənlərə "Məşhədi" deyilməsi göstərişini ilk dəfə Şah Abbas verib.
Yaqut, zümrüd və sapfirlə bəzədilmə
Nadir Şah ikinci minarəni tikdirir və tapşırıq verir ki, o, köhnədən fərqlənməsin. Həmçinin ziyarətgahın "Eyvani-Abbasi" hissələrinin də bəzədilməsini tapşırır. "İnqilab eyvanı"ndakı türbə də Əfşarın nadir əsərlərindən biridir. Onun yerinə keçən nəvəsi Şahrux Mirzə məqbərəni sapfir, yaqut və zümrüdlərlə bəzədilməsinə göstəriş verib.
Yeni həyət və Qacarlardan xatirə
Fətəli Qacar "Darul-Ziyafəh" eyvanını tikdirib və üçüncü dəfə qəbir üzərindəki örtüyü dəyişdirərək poladdan bir zərih hazırlatdırıb. O həmçinin sonradan tamamlanan "Azadlıq" eyvanını da qurub və Nasir əl-Din Qacar onu tamamlayıb. Ziyartgahın daxili və xarici hissəsi Qacar dövründən bir xatirədir.
Qacarlardan sonra hərəmin ətrafındakı binalar, o cümlədən xadimlərin qaldığı ev sökülərək daxili həyət böyüdülüb. Məktəb və xadimlərin evi bir qədər kənara çəkilib.
1338-ci şəmsi ilində (miladi 1959) 1311-ci ildən (miladi 1932) qalmış taxta örtük də 4-cü dəfə dəyişdirilir. Qızıl və gümüşlə bəzədilmiş "Zərih şiru şəkər" (Şirin-şəkər zərih) adlandırılan örtük yerinə qoyulur.
Qızıl-gümüş örtük
İslam İnqilabından sonra, 1359-cu ildə (miladi 1980) Rəzəvi ziyarətgahı bir qədər də inkişaf etdirilir və yeni eyvanlar qurulur. Rəzəvi ziyarətgahının beşinci örtüyü də 1379-cu ildə (miladi 2000) dəyişdirilir. Qızıl, gümüş və ağac oymalarla bəzədilmiş "Simunu zərrin" (Qızıl-gümüş örtük) adlanan örtük 7 ilə hazırlanıb. Elə həmin il də qəbirin üstündəki daş götürülüb və bütöv mərmər parçası ilə əvəz olunub.
Mükəmməl gözəllik və əzəmət
Rəzəvinin məqbərəsi - bəzəyi eşq və izzətlə olan böyük daxili həyətlər, dəhlizlər və eyvanlarlardan, bir sözlə mükəmməl gözəllik və əzəmətdən ibarətdir. Əvvəllər ərazisi təxminən 12000 kvadrat metr olan ziyarətgahın ölçüsü hazırda 1 milyon kvadrat metrə çatıb. Tarixi bəxşişlər "Astan Quds Rəzəvi"ni bu gün İslam dünyasının ən böyük xeyriyyə qurumu halına gətirib.
İmam Rza (ə) ziyarətgahına hər il 25 milyon iranlı, 1.5 milyon xarici zəvvar gəlir. Maraqlıdır ki, bunların içərisində 10 mindən artıq müsəlman olmayan alman, yapon, çinli ziyarətçilər də olur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür