Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2019
13:09
Məhkəmə Dağıstanın sabiq baş naziri və müavinini təqsirli bildi

Moskvanın Lefortovo məhkəməsi Dağıstanın keçmiş baş naziri Abdusamad Həmidov və müavini Rayudin Yusufovu 41 milyon rubl mənimsəməkdə təqsirli bilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verib.

"Həmidov, Yusifov və digər şəxslər cinayət planı hazırlayıblar və əvvəlcədən vəzifələri bölüşdürüblər. Həmidov planı həyata keçirmək üçün rəsmi mövqeyindən istifadə etməli idi" deyə məhkəmə qərarında bildirilir.

Prokuror Həmidovun və müavini Yusifovun ciddi rejimli koloniyada müvafiq olaraq  yeddi və altı il müddətinə cəzalandırılmasını istədi.

Dağıstanda vəzifəli şəxslərin korrupsiyaya və ümumi dövlət vəziyyətinin yoxlanmasına görə kütləvi həbslər Vladimir Vasilyevin bölgə başçısı təyin olunmasından sonra başlayıb.

Məqalədə : Dağıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru