Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2019
16:02
İraqın baş naziri etirazlarla əlaqədar seçki qanununun dəyişəcəyini bəyan edib

İraqda gələn həftə Nazirlər Kabinetində yerdəyişmə olacaq və seçki qanununa dəyişiklik ediləcək. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə İraqın Baş naziri Adel Abd əl-Mehdi ölkələrdə davam edən aksiyalar fonunda televiziya ilə çıxışında bəyan edib.

Qeyd edək ki, bir neçə həftə fasilədən sonra Bağdadda etirazlar yenidən başlayıb, nümayişçilər mərkəzi Tahrir Meydanına toplanıb

O, hazırda hökumətin istefa edəcəyi təqdirdə bütün ölkənin xaos uçurumuna yuvarlanacağını bildirib.

"Gələn həftə biz Nazirlər Kabinetində dəyişikliklər edəcəyik. Həmçinin mövcud seçki qanununa dəyişikliklər təqdim olunacaq və Seçki Komissiyasının rolu nəzərdən keçiriləcək", - deyə baş nazir vurğulayıb.

Bundan əlavə nazir, yüksək səviyyəli məmurların, o cümlədən nazirlərin və prezidentin maaşlarının 50 faiz azaldılacağını, parlament üzvlərinin sayının azaldılması üçün konstitusiyada  mümkün dəyişikliklərin araşdırılacağını deyib.

Yeri gəlmişkən qeyd edək ki, Böyük İslam alimi Ayətullah Əli Sistani İraq hakimiyyəti və aksiyaçılara müraciət edərək, onlara etirazların dinc şəkildə keçirilməsini təmin etməli olduqlarını bildirib

"Ölkədəki həqiqi islahatlar və dəyişikliklər dinc yollarla həyata keçirilməlidir" deyə o, bəyan edib.

Sistani, hüquq-mühafizə qüvvələri ictimai və şəxsi mülklərə hücumlara imkan verməməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
227

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
335

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
321

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
331

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
451

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
500

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
667
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 18:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru