Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2019
15:22
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb

"Hazırda Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur''.

Bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır.

Direktor bildirib ki, narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir: ''Son illərdə isə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı isə çoxalmağa başlayıb. Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi pozuntu hallarının sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir''.

Mərkəz direktoru bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər: "Psixotrop dərmanlar apteklərdə 3 möhürlü reseptlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb. Məktəblər də bu tipli psixotrop dərmanlardan istifadə edir. Qara bazarda hardansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Bu dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir".

Direktor məktəblilərin energetik içkilərdən istifadəsinin zərərləri ilə bağlı məsələyə aydınlıq gətirib: ''Son aylarda məktəblərdə energetik içkilərdən çoxlu miqdarda istifadə edənlər var. Həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqları aktivləşdirici maddələrə meyilləri artacaq. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktiv və beyinləri daha yaxşı çalışır. Amma onlar bilməlidir ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə bu narkotik effekti verir''.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
85

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
316

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
340

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
357

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
273
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 10:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru