Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
10:57
`ASAN Xidmət` dövlət büdcəsinə 135 milyon manat vəsait ödəyib

Bu günə qədər “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.

“Aparılan işlər bu xidmətlərin yaxın gələcəkdə oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılması məqsədilə elektron hökumət infrastrukturu yenilənib, bu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib”, - deyə o, qeyd edib.

Ü.Mehdiyev həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurum rəqəmsal həllərin hazırlanması, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işləri davam etdirir.

Bundan başqa, onun sözlərinə görə, fəaliyyət göstərdiyi 7 il ərzində “ASAN Xidmət” mərkəzlərinin saxlanılmasına dövlət büdcəsindən 132 milyon manat ayrılıb, mərkəzlər isə büdcəyə 135 milyon manat vəsait ödəyib”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
195

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru