Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
16:23
`Kedicik kralı`nın məhkəməsi başlayır

İstanbul 30-cu Ağır Cinayət Məhkəməsindən Türkiyədə səs-küylü həbsi həyata keçirilən "kedicik kralı" Adnan Oktarın (Harun Yəhya) məhkəməsi başlayıb. Onunla birlikdə 226 nəfərin də məhkəməsi keçiriləcək.

FaktXəbər-in Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər şöbəsi tərəfindən hazırlanan 3 min 908 səhifəlik iddianamədə 125 cərərçəkənin adı var. İddianamədə Adnan Oktarın cinayətkar təşkilatının strukturu, quruluşu, normaları, təşkilatdaxili evliliklər, təşkilatın tarixi inkişafı, ideologiyası, məqsədi, təşkilatın cinsi-maliyyə istismar forması, təşkilatın gəlir mənbələri, silahlanma forması, təşkilatın hüquq qrupu, təbliğat fəaliyyətləri və FETÖ ilə əlaqəsinə geniş yer verilir.

İddianamədə təşkilat üzvlərinin evlərinə baxış zamanı 79 tapança, 23 tüfəng və 17 min 596 ədəd patron ələ keçirildiyi bildirilir.

İddianamədə ümumilikdə 226 şübhəlinin "Siyasi və ya hərbi casusluq cinayətinə təşəbbüs", "Cinayət törətmək məqsədilə təşkilat qurmaq və idarə etmək", "Cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaq", "Cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmamaqla birlikdə təşkilata yardım etmək" və "Cinsi istismar" kimi 24 ayrı cinayətdən cəzalandırılması tələb edilir.

Məqalədə : Adnan Oktar Harun Həhya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
649

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
706

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
630

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
811
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 05:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru