Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
16:04
AQTA kütləvi qida zəhərlənmələrinin səbəblərini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay mövsümü ərzində baş verən kütləvi qida zəhərlənmələrinin səbəblərini açıqlayıb.

AQTA-nın Bakı regional bölməsinin rəisi Əkbər Əliyev jurnalistlərə açıqlamasında xüsusilə yay mövsümündə bəzi qidaların sanitar-gigiyena normalarına düzgün əməl edilməsinin vacib olduğunu deyib.

Onun sözlərinə görə, bu, normativ texniki sənədlərlə müəyyən edilib: "Yay mövsümündə qida zəhərlənmələrin əsas səbəbi soyuq zəncir prinsipinə əməl edilməməsidir. Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında qeydə alınır. Hansı ki, burada texnoloji ardıcıllığa, sanitar-gigiyenik normalara riayət olunmayıb".

Agentlik rəsmisi bildirib ki, mənşəyi məlum olmayan heyvan mənşəli və digər məhsullardan istifadə də səbəblər arasındadır: "Araşdırmalar davam etdirilir. Qeydə alınan kütləvi zəhərlənmələrlə bağlı sənədlər aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi şəxslər artıq məsuliyyətə də cəlb olunub. Burada birbaşa sahibkarlıq subyektləri, ictimai iaşə müəssisələri məsuliyyət daşıyırlar ki, burada insanlar qidalanırlar. Buna görə diqqətli olmalıdılar".

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
135

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
371
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru