Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
16:12
9-cu sinif buraxılış imtahanının NƏTİCƏLƏRİ açıqlanıb

9-cu sinif buraxılış imtahanının II mərhələsi və “Azərbaycan dili” fənni üzrə imtahan verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) FaktXəbər-ə verilən məlumata görə, İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri;

“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri.

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.

Məqalədə : imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
211

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
316

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 20:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru