Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
16:16
Əfqanıstanın İspaniyadakı səfiri Barselonada qarət olunub

Əfqanıstanın İspaniyadakı səfiri Barselonada qarət olunub. FaktXeber.com-un məlumatına görə, bu barədə Periodico.co polisə istinadla xəbər verib.

Nəşr bildirir ki, şəhərin mərkəzi Laetan küçəsində bir qrup gənc diplomata hücum edib. Onlar səfiri yerə yıxaraq, qolunda 17 min avro dəyərində olan Bulgari markalı saatını oğurlayıblar.

Daimi rezidensiyası Madriddə olan zərərçəkən polisə müraciət edib. Hadisə nəticəsində o, ayağından travma alıb.

Qeyd edək ki, iyunun sonlarında Barselonada Cənubi Koreyanın yüksəkrütbəli məmuru hücuma məruz qalmışdı. Həmin vaxt o asfalta çırpılaraq huşunu itirmişdi. Məmur xanım xəstəxanaya çox ağır vəziyyətdə çatdırılmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
376

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
516
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 20:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru