Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2019
15:29
Parlamentari Türkiyəni Liviyaya terrorçu göndərməkdə ittiham etdi

Türkiyə xarici terrorçuları Liviyaya göndərməkdə ittiham olunub. FaktXeber.com-un məlumatına görə, bu barədə Livayalı parlamentari Əli Əl Səidi Əl-Kaidi Sputinik-ə danışıb.

Onun sözlərinə görə, Türkiyə artıq uzun müddətdir ki, terrorçuları Liviyaya yollayır: «Terrorçuların göndərilməsi yenilik deyil. Bu, uzun məsələdir. Bir çox terrorçular Türkiyədən gəlib Liviya Milli Ordusu ilə Tripolidə mübarizə apararaq, onların paytaxtın mərkəzinə hərəkət etməsinə mane olmağa çalışır»

Liviyanın Nümayəndələr Palatasının üzvü bəyan edib ki, bu qruplaşmalar hazırda  LMO ilə mülki dövlətin müdafiəsi adı altında mübarizə aparır.

Qeyd edək ki, Marşal Həftərin  rəhbərliyi ilə LMO Liviyada Türkiyə gəmilərinə və təyyarələrinə hücum edəcəklərini bəyan etdikdən onra Türkiyə və Liviya arasından münasibətlər kəskinləşib.

Liviyada hazırda beynəlxalq ictimaiyyət tərəfindən tanınan  Milli Razılıq Hökuməti ilə Parlament tərəfindən seçilən və Liviya Milli Ordusu tərəfindən dəstəklənən Abdulla Əbdürrəhman ət-Taninin müvəqqəti Nazirlər Kabineti arasında mübarizə gedir.

Marşal Həftər (LMO) aprelin 4-də Tripoliyə hücum barədə elan edib. ÜST-ün məlumata görə,  döyüş fəaliyyətləri başlayandan bəri 750 nəfər həlak olub, 4,4 mindən artıq insan isə yaralanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
185

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
291
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru