Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2019
12:11
İran XİN rəhbəri: ABŞ-ın heç bir sanksiyasından qorxmuram

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ-ın əvvəlcədən xəbərdarlıq etdiyi mümkün sanksiyalarından qorxmur. FaktXəbər bildirir ki, bu barədə o,"The New York Times" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Amerika sanksiyaları şəxsən özünə mənfi təsirini göstərə bilməz, çünki onun xaricdə bank hesabları və əmlakı yoxdur.
 
Cavad Zərif əlavə edib ki, Vaşinqtonun sanksiyaları tərəflər arasında dialoqun korlanmasına səbəb olub.

İranlı nazir əmin olduğunu bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (Tehranın nüvə proqramı haqqında 2015-cı ilin iyulunda 6 ölkə ilə imzaladığı razılaşma) hələ də keçərli həll yoludur.
 
"Nüvə razılaşmasında iştirak edən ölkələr müqavilə bağlandığı dörd il bundan qabaq sazişin bütün detalları ilə razı deyildi. Amma hər halda bu sənədi dəstəklədilər. Birgə Hərtərəfli Fəaliyyət Planı çoxlarının iddia etdiyi kimi inam üzərində qurulmamışdı. Əslində, bu saziş ümumi təhlükəsizliyin olmamasının açıq şəkildə tanınmasına əsaslanırdı. Buna görə də, müqavilənin mətni belə çətin və ətraflıdır",-deyə Cavad Zərif vurğulayıb.

Məqalədə : İran XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
125

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
150

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
145

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
465

Azərbaycanda toylara icazə verildi

22

İyun
10:20
ÖLKƏ
833
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 15:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru