Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2019
17:32
Bakıda 170 əcnəbi saxlanıldı

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 170 əcnəbi saxlanılıb.

DMX-dan Faktxeber.com-a verilən məlumata görə, onlardan 14-nün gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 23 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb olunması, 14-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 119 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 143 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
220

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
236

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
212

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru