Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2019
09:38
Liviyada aviazərbələr nəticəsində azı 40 qaçqın ölüb

Liviya hökuməti Tripoli şəhərinin kənarında qaçqınların saxlanılma mərkəzinə  aviazərbələr zamanı ölənlər barədə məlumatı yeniləyib. FaktXeber.com-un Röyters-ə istinadla verdiyi məlumata görə, bildirilir ki, bombardmanda azı 40 nəfər həlak olub, 80 nəfər isə  müxtəlif dərəcəli xəsarət alıb.

Agence France-Presse-in məlumatına görə, Mərkəzin nümayəndələr  aviahücumlarda feldmarşal  Xəlifə Həftərin komandanlığı altında olan Liviya Milli Ordusunu ittiham edib.

Liviyada hazırda beynəlxalq ictimaiyyət tərəfindən tanınan  Milli Razılıq Hökuməti ilə Parlament tərəfindən seçilən və Liviya Milli Ordusu tərəfindən dəstəklənən Abdulla Əbdürrəhman ət-Taninin müvəqqəti Nazirlər Kabineti arasında mübarizə gedir.

Marşal Həftər (LMO) aprelin 4-də Tripoliyə hücum barədə elan edib. ÜST-ün məlumata görə,  döyüş fəaliyyətləri başlayandan bəri 750 nəfər həlak olub, 4,4 mindən artıq insan isə yaralanıb.

Məqalədə : Liviya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
495

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
595

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
515
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-06-2021 05:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru