Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2019
13:52
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkiminə cinayət işi başlanılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində baş verən hadisə ilə bağlı məlumat yayıb. 

Agentlikdən FaktXəbər-ə daxil olan məlumata görə, iyunun 28-də Mingəçevir şəhər sakini İsmayılov İmamverdi Səxavət oğlu ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaradılıb.

Mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub. Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib. İyunun 28-də saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib.

Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən, cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi sözügedən xəstəxananın həyətində özünə qəsd etmiş vətəndaş İmamverdi İsmayılovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
180

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
286
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru