Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2019
10:31
Minimum əməkhaqqının artımı 950 min insanı əhatə edəcək

Azərbaycan prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamı əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin ilk aylarından atılan addımların davamıdır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FaktXəbər-ə verilən xəbərə görə, sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkədə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. 

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. 

Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. 

Belə ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq. 

Məqalədə : Minimum əməkhaqqı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
55

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
107

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
217

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
282

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
486

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
412

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
364
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru