Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
10:31
`İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər`

“Mən də uşaq vaxtı pirlərə getmişəm.  O boyda “İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər".

Faktxeber.com məlumat verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az-a açıqlamasında deyib.

O bildirib ki, cəhalət tamam başqa bir şeydir:

"O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir. Bizdə Nardaran piri, Ətağanın qəbri və s. var. Mən özüm gedirəm oralara. Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun?"

Məqalədə : Siyavuş Novruzov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
190

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
322

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
350

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
377
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 10:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru