Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
10:52
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək

Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək.

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, final oyunu tam yekunlaşanadək stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: “Oyun 22:00-da başlayacaq gecə saatlarınadək davam edəcək. Amma bizdə qatarlar gecə saat 12-yə kimi işləyir. Bununla bağlı Təşkilat Komitəsinin müraciətinə əsasən stadiondan azarkeş axını bitənə qədər metropoliten işləyəcək. Oyundan əlavə vaxt ola bilər, penalti seriyası ola bilər, həmçinin mükafatlandırma mərasimi də nəzərə alınacaq. Buna görə qatarların hərəkəti gecə saat 4-ə qədər davam edəcək, bütün stansiyalara giriş bu saata qədər davam edəcək”.  

Daşınmanın gedişatında zərurət yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq:  “Bakı Metropoliteni”nin filan oyunu ilə bağlı tədbirlər planı var. Bizim könüllülərimiz sərnişinlərə, turistlərə mütəmadi olaraq metrodan istifadə, kartların alınması, balansın artırılması prosedurları barədə məlumat verəcək”.(Report)

Məqalədə : metro Avroliqa final 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
562

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
448

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
466

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
722

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
522
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru