Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
10:51
İtaliya Yəmənə görə Səudiyyə Ərəbistanının gəmisini yükləməkdən imtina edib

İtaliyanın Həmkarlar İttifaqı Ər-Riyadın Yəməndə apardığı müharibəyə etiraz olaraq Səudiyyə Ərəbistanının silahla dolu gəmisinə elektrik generatorları yükləməkdən imtina edib. 

Bundan əvvəl «Bahri-Yanbu» gəmisi Belçikanın Antverpen şəhərində silah yükləmişdi, lakin humanitar qrupların etirazından sonra gəmi, Fransanın Qavr limanında ikinci partiya silahı yüklənməmiş qalmışdı.

FaktXeber.com-un məlumatına görə, hüquq müdafiəçilər bildirirlər ki, silah təchizi BMT-nin Sazişinə ziddir, çünki bu sursatlar Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin müharibə apardığı Yəməndə dinc sakinlərə qarşı istifadə oluna bilər.

Genuedə olan Həmkarlar İttifaqı ümumiyyətlə gəminin İtaliya limanın yaxınlaşmasının qarpşısını almaq istəyirdi, lakin gəmi bazar ertəsi limana yan almışdı.

Onları sahildə etirazçılar qarşılayıb.

«Biz istəmirik ki, Yəməndə baş verənlərdə əlimiz olsun», - deyə Həmkarlar ittifaqının bəyanatında bildirilir.

Limanın məsul işçiləri generatorların buraxılmamasına baxmayaraq, sual doğurmayan digər yüklərin gəmiyə yüklənəcəyini bildiriblər.

Məqalədə : Yəmən İtaliya Səudiyyə  
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
295

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
490

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
479
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 20:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru