
Azərbaycanda dövlət qurumlarında xidməti avtomobillərdən istifadə sahəsində vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Xüsusilə böyük neft pullarının axını başlanandan sonra dövlət qurumlarının hədsiz bahalı avtomobillərin alınmasında sanki yarışa girmiş kimi davranmaları ictimaiyyətin kəskin qınağına səbəb olub.
İctimaiyyətin rəyini nəzərə alaraq ölkə prezidenti bu il yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edib. Belə ki, fərmanın 8-ci bəndinə əsasən Nazirlər Kabineti üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etməli idi. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcəkdi.
Xatırladaq ki, 2011-ci ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar qəbul edib. Qərarda hər bir dövlət qurumu üzrə xidməti avtomobillərin sayı, hər avtomobil üzrə aylıq yürüş həddi, ona sərf olunacaq yanacağın həcmi müəyyənləşib. Lakin ötən müddət ərzində ayrı-ayrı dövlət qurumlarının Nazirlər Kabinetinin bu qərarına əməl etmədikləri məlum olub.
Prezidentin yanvarda imzaladığı fərmanda nəzərdə tutulan tədbirlər Nazirlər Kabineti tərəfindən icra olunubmu?
Bununla bağlı Nazirlər Kabinetinə ünvanlanan sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən müvafiq təklif hazırlanıb: “Bildirmək istəyirik ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziyyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb. Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi qaydada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması istiqamətində təklifini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib”. ("Yeni Müsavat")

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq