Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
08:56
Donald Tramp İranla müharibəyə başlamaq istəmir

ABŞ prezidenti Donald Tramp İranla müharibəyə başlamaq istəmir.

"The New York Times" qəzetinin yazdığına görə, o bunu Ağ evdə keçirilən məxfi brifinqdə Birləşmiş Ştatların müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şanaxana deyib.

Mənbənin məlumatına görə, brifinq Amerika kəşfiyyatının İran silahlı qüvvələrinin Fars körfəzində kiçik həcmli gəmilərə raket yükləmələrinə dair məlumatlar əldə etməsindən sonra keçirilib.

Amerika administrasiyasının bəzi nümayəndələrinin fikrincə, Tehran ABŞ və ya müttəfiqlərinin döyüş gəmilərinə raket həmləsi endirməyə hazırlıq görür.

Qəzetin yazdığına görə, Tramp qətiyyətlə İranla hərbi toqquşmaya girmək istəmədiyini söyləyib. Ağ ev rəhbəri ümid etdiyini bildirib ki, ABŞ və İran arasında münaqişə müharibə səviyyəsinə çatmayacaq.

"Ümid edirəm ki, yox", - deyə o, Ağ evdə jurnalistlərin "Vaşinqton İranla müharibəyə hazırlaşırmı?" sualına cavabında bildirib.

Məqalədə : Donald Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
265

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
470

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
459
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 16:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru