Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
12:09
Qubad İbadoğlu erməni naziri susdurdu

İqtisadçı ekspert Qubad İbadoğlunun dünən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın xarici işlər nazirinə verdiyi cavab auditoriyanın marağına səbəb olub.

FaktXəbər bildirir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb. Bildirib ki, erməni nazirin çıxışından sonra ona verilən sual və izahlı məlumat zaldakıların fikirlərinin tamam dəyişməsinə səbəb olub:

“Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Çexiya Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı çoxsaylı auditoriyanın fikirlərinin tamam dəyişməsinə səbəb oldu.

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

“Mən doğulduğum, boya-başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri 15 dəqiqədən çox çalışdı və yenə də istəyinə nail ola bilmədi. Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.

Məqalədə : Qubad İbadoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
248

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
366

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
338

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
347

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
463

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
532

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
704
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 20:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru